Haber Ara

Azərbaycan Kubokunda rekord!

04 Apr 2026, 08:43
14 baxış
1 dəqiqə oxuma
Azərbaycan Kubokunda rekord!

Bizon Azərbaycan Kubokunda azarkeş rekordu qeydə alınıb.

Yarımfinalın Qarabağ FK v Sabah FK matçını stadiondan 21.000 azarkeş canlı izləyib.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün son 10 mövsümün rekordudur.

Qeyd edək ki, PFL bayrağı altında bir matçda ən çox azarkeşin stadiondan canlı izlədiyi matç 2015/16 mövsümünə təsadüf edir. Qarabağ FK v PFK Neftçi kubok finalının matçını stadiondan 23.000 azarkeş canlı izləyirdi.

Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox tamaşaçı toplanması sonuncu dəfə 2006/07 mövsümündə yaşanıb. Həmin vaxt Neftçi v Xəzər-Lənkəran görüşünü 25.000 nəfər izləyib. Dünənki matçda isə sonrakı 19 mövsümün rekordu qeydə alınıb.

Maraq üçün bildirək ki, bu 2 klubun arasında baş tutmuş sonuncu qarşılamada (Qarabağ 3-3 Sabah) yenə Tofiq Bəhramov adına Respublika stadionunda 10.361 azarkeş stadiondan oyunu canlı şəkildə izləyirdi.

Etiketlər

#Sabah #Qarabağ FK

Bunlar da Marağınızı Çəkə Bilər