Haber Ara

İspaniyada irqçi şüarlar!

02 Apr 2026, 09:34
11 baxış
2 dəqiqə oxuma
İspaniyada irqçi şüarlar!

İspaniya millisinin azarkeşləri misirli futbolçular qarşısında İslamı təhqir edib.

İspaniya ilə Misir arasında oynanan və böyük mübahisələrə yol açan matçdan təxminən 1 gün sonra, İspaniyada srağagün; çərşənbə axşamı günü yeni bir irqçilik hadisəsi qeydə alınıb.

Matç qolsuz bərabərliklə bitdi, lakin matçın əvvəlində stadiondaki azarkeşlər Misir milli yığmasının himni səslənərkən, onları fitə basdı və ardınca İslamı təhqir edən şüarlar səsləndirməyə başladılar.

İspaniya höküməti, İspaniya Futbol Federasiyası və aralarında La Roja'nın baş məşqçisi Luis de La Fuente ilə klubun ulduzu Lamine Yamal'ın da yer aldığı bir çox ispan futbolçu, stadionda baş verənləri qınadı.

Dünən isə La Liga 2'də baş tutan Racing v Sporting Gijón matçında yeni bir hadisə yaşanıb.

Marca nəşri: "Sporting Gijón'un baş məşqçisi Borja Jiménez 36-cı dəqiqədə hakimi yanına çağıraraq El Sardinero stadionundakı tribunalardan təhqirlərə məruz qaldığını bildirdi. Matç bir dəqiqə sonra yenidən başladı"- deyə qeyd edib.

Baş hakim Daniel Valencia vəziyyəti matç təmsilçisinə bildirdi və səs ucaldanlardan bir anons edildi. Anons sırasında matçın dayandırılma səbəbinin irqçi şüarlar olduğu bildirməsimə rəğmən, hakim protokola əsasən qollarını qovuşdurmadı, sadəcə baş məşqçi və Racing təmsilçisi ilə danışdı.

Racing klubu Borja Jiménez'i təhqir etməsi ilə bağlı özünü şübhəli aparan 2 şəxsin tribunalardakı yerlərini qısa vaxt ərzində aşkarladı və mühafizəçilərlə birlikdə, bu 2 nəfərdən stadionu tərk etmələri tələb edildi.

Etiketlər

#İspaniya

Bunlar da Marağınızı Çəkə Bilər