Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mircea Lucescu'nun vəzifəsindən ayrıldığını açıqlayıb.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026'nın play-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə yığmasına 0-1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Mircea Lucescu'nun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.
Rumıniya Futbol Federasiyası onunla yolları ayırdı.
02 Apr 2026, 17:13
3 baxış
1 dəqiqə oxuma
Etiketlər
#Mircea Lucescu