2026-cı ildə baş tutacaq olan Dünya Çempionatı yolunda bu gün (red. dünən) Türkiyə millisi Kosova millisi ilə qarşılaşıb.
Bu matçın taleyini 1 qol həll edib. Kerem Aktürkoğlu matçın 53-cü dəqiqəsində Orkun Kökçünün pasını qola çevirib.
Bununla da Ay-ulduzlu milli, 24 illik həsrətə son qoyaraq, mundiala vəsiqəni təmin etdilər. Onlar sayca 3-cü dəfədir ki, Dünya Çempionatında çıxış edəcək.
Türkiyə millisi DÇ-2026'nın D qrupuna düşdü. Burada ev sahibi ABŞ, Paraqvay və Avstraliya milliləri yer alıb.
D qrupunun təqvimi bu cürdür:
13 İyun | 08:00 | Avstraliya v Türkiyə
19 İyun | 08:00 | Türkiyə v Paraqvay
26 İyun | 06:00 | Türkiyə v ABŞ