Yaşanmış "Bosniya faciəsi"nə baxmayaraq Barcelona klubu Alessandro Bastoni üçün qərarlıdır.
Son zamanlarda mediada olan bir çox xəbərlərə görə Barcelona'nın Inter'in müdafiəçisi Alessandro Bastoni'ni heyətinə qatmaq istədiyi qeyd edilir. Lakin bu transfer italyan futbolçunun Bosniya və Herseqovina qarşısında və Azzurri'nin mundiala qatılma şansını əldən verməsinə səbəb olan ölümcül xətanın ardından son günlərdə bəzi mübahisələrə yol açıb.
Amma İtaliyanın öndə gələn jurnalistlərindən biri Matteo Moretto, Barcelona'nın alman baş məşqçisi Hansi Flick'in Bastoni'nin bacarıqlarından çox təsirləndiyini və katalon klubunun bu transferi tamamlamasını özünə hədəf qoyduğunu bildirib. Buna rəğmən Barcelona böyük maliyə problemləri ilə üz-üzədi.
Marca qəzetinin jurnalisti Moreto isə Bastoni'nin Kataloniya klubuna keçməsini qəbul etdiyini bildirir. İtalyan futbolçu hazırda Barcelona ilə müqavilənin detalları ilə bağlı görüşlər keçirir.
Digər tərəfdən SKY Sports nəşri Barcelona'nın qarşısında digər maneənin Inter klubu ilə bu transfer mövzusunda müzakirələr aparmaq lazım olduğunu və bunun tezliklə reallaşması gözlənildiyini qeyd edib.
Bununla belə, Bastoni'nin klubdan ayrılmaq istədiyini bildirməsi və 60M€ üstəgəl barterlər təklif edilərsə, transferin tamamlana bilməsi düşünülür.
Barcelona Bastoni'ni istəyir!
03 Apr 2026, 06:20
33 baxış
2 dəqiqə oxuma
Etiketlər
#Barcelona
#Internazionale Milano