Bayern Munchen klubu 16 yaşlı qapıçısını start heyətdə meydana çıxara bilmək üçün qanunu pozmalı ola bilər.
Atalanta ilə oynanılacaq revanş matçında Leonard Prescott'ı start heyətə qoymaq böyük bir problem yaradır.
Alman qanunlarına görə yetkinlik dövrünə qədəm qoymamış şəxslərin axşam saat 20:00'dan sonra işləməsi qadağandır. Matç saat (Avropa saatı ilə) 21:00'da başladığı üçün klubun buna görə xüsusi bir icazə alması lazımdır.
Bu səbəbdən Bayern klubu futbolçunun gecəyarısı baş tutacaq oyuna görə meydanda olması üçün hökümətdən, ailəsindən, həkimindən və məktəbindən icazə gözləyir.