Haber Ara

Borussia Dortmund'dan gedəcək futbolçulara aydınlıq gəlib.

08 Mar 2026, 23:52
30 baxış
2 dəqiqə oxuma
Borussia Dortmund'dan gedəcək futbolçulara aydınlıq gəlib.

Borussia Dortmund'da sezon sezonunda xəzan yaşana bilər. Bu da ayrılma ehtimalı olan və dəqiq ayrılacaq futbolçular:

Niklas Süle: Yüksək maaş, zədə ve formsuzluqdan ötrü müqavilə yenilənməyəcək.

Salih Özcan: Vaxt ala bilməməsi və maaş səbəbindən müqavilə yenilənməyəcək.

Julian Brandt: Ricken müqavilənin yenilənməyəcəyini bildirdi. 7 illik əməkdaşlıq başa çatır.

Karim Adeyemi: Sevgilisi böyük bir şəhərdə yaşamaq istəyir. Sabit olmayan formunun da təsiri ilə futbolçunun transfer hüququ ilə ayrılması demək olar ki, dəqiqdir.

Serhou Guirassy: Bəzi klublar üçün transfer hüququ maddəsi var. Ərəb yarımadasına transfer təəccüblü olmaz.

Julian Ryerson: Adı Barcelona hallansa da Ricken futbolçunun qalacağını açıqladı. Yenə də hər şey gələcək qənaətbəxş təklifərdən asılıdı.

Felix Nmecha: Adı Manchester City ilə hallansa da klub futbolçunu əldə tutmaq istəyir.

Ramy Bensebaini: Performansı ilə əl çəkməzlər arasına girə bilməyən ad ilə Galatasaray və Marseille'lə adı hallanır. Transfer hüquqlu ayrılıq gözləniləndir.

Nico Schlotterbeck: Futbolçu mart ayı sonunda qərarını verəcək. Əgər müqavilə yenilənmədə razılıq əldə edilməzsə, sezon sonu transfer hüququ ilə satılacaq.

Emre Can: Sezonu bağlayan futbolçu ilə bağlı Ricken müqavilə görüşmələri keçiriləcəyini söyləyib və yüksək maaşında endirim olunacaq. Schlotterbeck'in vəziyyətinə görə kapitanlığını da itirə bilər.

Etiketlər

#Borussia Dortmund

Bunlar da Marağınızı Çəkə Bilər