UEFA Çempionlar Liqasının ⅛ finalına qalan 6 ingilis klubundan 4'ü bu turda mübarizəni dayandırdı.
Manchester City, Chelsea, Newcastle United və Tottenham Hotspur klubları turnirlə vidalaşmışkən, Liverpool və Arsenal klubları isə Avropanın 1 nömrəli klub turnirində yoluna davam edən tərəfdirlər.
Nəticə etibarilə tarixdə ilk dəfə bir ölkənin 4 klubu bir UEFA turnirinin eyni turunda mübarizəni dayandırdı.
İngiltərə futbolu üçün xəzan dolu 2 gecə...
Qeyd edək ki, sözügedən turnirdə yoluna davam edən Arsenal Sporting'lə, Liverpool isə PSG ilə üz-üzə gələcək. Hər 2 matç səfərdə baş tutacaq. Çempionlar Liqasının ¼ final mərhələsinin ilk matçları 7-8, cavab qarşılaşmaları isə 14-15 aprel tarixlərində baş tutacaq.