Kosova Respublikasının baş naziri Albin Kurti'dən Kosova millisinə motivasiya.
Baş nazir Kurti Dünya Çempionatı yolunda Türkiyəni məğlub edəcəkləri halda 1M€ primya verəcəyini açıqladı. Bu primya ölkəsi adına rekord primya hesab olunur.
Onu da bildirək ki, Albin Kurti Slovakiya matçı üçün Kosova millisinə 500.000€ primya ödəmişdi.
Qeyd edək ki, Kosova Türkiyə matçı martın 31'i saat 22:45'də start götürəcək. Oyun 14.000 nəfərlik Fadil Vokrri stadionunda baş tutacaq.